YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nəsimi rayon təşkilatının nümayəndələri şəhid Dmitri Solntsevin məzarını ziyarət ediblər

Aprelin 15-də  YAP Nəsimi rayon təşkilatının bir qrup üzvü 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla vuraşaraq şəhid olmuş Dmitri Solntsevin ad günü ilə əlaqədar münasibətilə II Fəxri xiyabandakı məzarını ziyarət ediblər. Dmitri cəmi 25 il yaşasa da, o, istər oxuduğu, istər çalışdığı yerlərdə birinci oldu və hər kəsin  sevgi və hörmətini qazanıb.

Ziyarət zamanı bildirilib ki, Dmitri Azərbaycanı və onun ərazi bütövlüyünü həyatından da çox sevdiyini əməli ilə sübut etdi. O, ölməzlik qazandığı bu əməli ilə Azərbaycan xalqının əbədi və unudulmayan qəhrəmanına və hər bir Azərbaycan anasının əziz oğluna çevrildi.

Qeyd edək ki, Azərbaycan Prezidentinin sərəncamları ilə Dmitri Solntsev “Vətən uğrunda” və "Xocavəndin azad olunmasına görə"  medalları ilə təltif olunub.

 

 

DİGƏR Xəbərlər Arxiv