YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Qələbə ölkəmizin və bütöv regionun sürətli inkişafı üçün əsaslı zəmin yaradıb

“Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ADA Univesitetində dünyanın aparıcı beyin mərkəzlərinin iştirakı ilə keçirilən “ Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransdakı çıxışı zamanı növbəti dəfə dünya ictimaiyyətinə mühüm mesajlar çatdırdı. Bu mesajlardan birində bildirilib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının işğaldan azad olunması uğrunda apardığı və 44 gün davam edən Vətən müharibəsində əldə etdiyi tarixi qələbə həm Azərbaycanın həm də bütün regionun sürətli inkişafı üçün əsaslı zəmin yaradıb”. Bu fikirləri Milli Məclisin deputatı Rauf Əliyev deyib.

Rauf Əliyev bildirib ki, Azərbaycanın regionda əməkdaşlıq yaratmağı və bu əməkdaşlığın ildən-ilə inkişaf etdirilməsi onun beynəlxalq uğurudur. Buraya Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlığı daxildir. Bu stabilliyə töhfədir. Ancaq Ermənistan tərəfindən revanş cəhdlərinə son qoyulmalıdır. Azərbaycan,Türkiyə, Rusiya, İran regional əməkdaşlıqla bağlı eyni yanaşmanı bölüşür və indi əsas diqqət nəqliyyat sahəsinə yönəlib. Bu əməkdaşlığın region ökələri üçün çox böyük əhəmiyyəti var və bu ölkələr əməkdaşlığın genişləndirilməsində maraqlıdırlar. Ermənistan da bu üstünlüklərdən istifadə edən ölkələrdən biri olacaq. Hazırda Ermənistanın nə Rusiya, nə də İranla dəmir yol əlaqəsi yoxdur. Bu layihə baş tutsa, Ermənistanın dəmir yolu ilə Rusiya, İranla və potensial olaraq Türkiyə ilə əlaqəsi yaranacaq. Azərbaycan Zəngəzur dəhlizi vasitəsilə öz dəmir yolunu Naxçıvan və Türliyə ilə birləşdirəcək. Azərbaycanın Türkiyə ilə Gürcüstan ərazisindən Bakı-Tibilisi-Qars dəmir yolu ilə də əlaqəsi var. Rusiyanın Azərbaycan, Ermənistan ərazilərindən Türkiyə ilə əlaqəsi yaranacaq. İranın da Ermənistanla bağlantısı olacaq. Qeyd olunan Zəngəzur dəhlizinin açılması və digər komunikasiya xətlərinin istifadəyə verilməsi region ölkələrinin, o cümlədən Ermənistanın qarşısında geniş inkişaf perespektivləri açır. Ancaq Ermənistan qonşu ölkələrə, birinci növbədə Türliyəyə qarşı, Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli və yaranmış tarixi şansdan istifadə etməlidir.

Millət vəkilinin sözlərinə görə, beynəlxalq iqtisadi əməkdaşlıq çərçivəsində nəqliyyat layihələrinin inkişafına xüsusi diqqət ayıran Azərbaycanın Xəzəryanı dövlətlərlə əlaqələri çox uğurla inkişaf edir və onların hər biri ilə xüsusi əməkdaşlıq istiqamətləri var. Bunun ən böyük hissəsi nəqliyyata aiddir. Çünki Azərbaycan nəqliyyat və logistika üzrə mühüm mərkəzlərdən birinə çevrilib. Ölkəmizin okeana birbaşa çıxışı olmasa da, Azərbaycan Şərq-Qərb, Cənub-Şimal nəqliyyat dəhlizlərində fəal şəkildə iştirak edir. Hazırda bu layihələrə daha çox ölkə cəlb olunub.

Deputat qeyd edib ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə ölkəmizin və regionun yeni iqtisadi inkişaf mərhələsinin əsasını qoydu: “Qarabağ Azərbaycan iqtisadiyyatında, qeyri-enerji sektorunda, eləcə də nəqliyyat sahəsində mühüm yerlərdən birini tutacaq. Artıq üç hava limanı, dəmir yollarının əlaqələndirilməsi ilə əlaqədar işlərə başlanılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, balanslaşdırılmış siyasət, 44 gün davam edən və Qəhrəman Ordumuzun tarixi qələbəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi, ölkədə həyata keçirilən siyasi və iqtisadi islahatlar, eyni zamanda beynəlxalq əməkdaşlıq sahəsində əldə olunan uğurlar imkan verir ki, işğaldan azad olunmuş ərazilərdə Böyük Qaydışla, ümumilikdə Azərbaycanın hərtərəfli sürətli inkişafı və bütöv regionun inkişafı üçün nəzərdə tutulan bütün layihələr həyata keçirilsin”.