YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Elman Nəsirov şəhid ailələrini ziyarət edib

Milli Məclisin deputatı Elman Nəsirov 68 saylı Cəlilabad kənd seçki dairəsinə daxil olan Şiləvəngə kəndindən olan  şəhid Kənan İbrahimlinin, Adnalı kənd şəhidləri Xəqani Fətiyevin, Elvin Bayramovun, Babaxanlı kənd şəhidi Vüsal Muradovun, Dələli kənd şəhidi Rahid Cəfərovun, Qarakazımlı kənd şəhidləri Tosif Abdullayevin, Əkrəm Abdullayevin, Moranlı kənd şəhidləri Xalid Qasımovun, Mirağa Qasımovun məzarlarını və onların ailələrini ziyarət edib.

E.Nəsirov  şəhid ailələrininin hər zaman dövlət qayğısı ilə əhatə olunduğunu bildirib.
Həmçinin, millət vəkili  şəhid ailələrinin problemlərini dinləyib, onların həll olunması istiqamətində addımlar atacağına söz verib.