YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Saatlı rayon təşkilatının nümayəndələri şəhid Xəzri Sarıyevin ailəsini ziyarət ediblər

YAP Saatlı rayon təşkilatının rəhbərliyi və fəalları rayonun Orta Muğan kəndindən olan Vətən müharibəsi şəhidi Sarıyev Xəzri Elnur oğlunun məzarını ziyarət edib və ailə üzvləri ilə görüşüblər.

Şəhidin ailə üzvləri ilə görüş zamanı qeyd edilib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın 30 illik Qarabağ həsrətinə son qoyuldu. Rəşadətli Azərbaycan Ordusu tarixi Qələbə qazandı. Yalnız işğal altında olan torpaqlarımızı azad etmədi, həmçinin regionu, dünyanı erməni faşizmi təhlükəsindən xilas etdi.

Bildirilib ki, şanlı qələbənin qazanılmasında şəhidlərimizin və onların döyüş yoldaşlarının böyük xidmətləri xalqımız tərəfindən daim yüksək qiymətləndiriləcək. Məhz onların qəhrəmanlığı nəticəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu. Şəhid ailələrinin və qazilərin qayğıları bundan sonra da daim diqqət mərkəzində saxlanlacaq, dövlətimizin sosial siyasətinin prioritet istiqaməti olaraq qalmaqda davam edəcək.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

DİGƏR Xəbərlər Arxiv