YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məşhur Məmmədov: Zəngəzur dəhlizinin yaradılması milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir

“Prezident İlham Əliyevin Zəngəzurla bağlı verdiyi mesaj ölkə əhalisini nə qədər sevindirdisə, torpaqlarımıza göz dikənləri və onların havadarlarını bir o qədər yasa qərq etdi. Azərbaycan Ordusunun gücünü və cənab Prezidentin qətiyyətini bildikləri üçün deyərdim ki, onların ürəklərinə qorxu düşdü”. Bu fikirləri Milli Məclisin deputatı Məşhur Məmmədov deyib.

Deputat bildirib  ki, Zəngəzur tarixən hər zaman Azərbaycan torpağı olub. Tarixi mənbələrdə, müxtəlif səyyahların yazılarında göstərilib ki, Zəngəzur türklərin qədim yurd yeridir. Zəngəzurdakı türk mənşəli toponimik adların çoxluğu da bu fikri təsdiqləyir. Zəngəzur 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan KP MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarla Ermənistana verildi. 1920-ci il dekabrın 1-də Nəriman Nərimanov Azərbacan KP MK Siyasi və Təşkilat bürolarının birgə iclasında qərar barədə bəyanat verdi. Nərimanov həmin bəyanatda yalnız Zəngəzurun Ermənistana verilməsindan bəhs edirdi. Zəngəzurun inzibati bölgüsü ilə bağlı Azərbaycan rəhbərliyində narazılıqlar isə özünü göstərməkdə idi. Məhz buna görə Zəngəzurun Ermənistana verilməsi rəsmən elan olunsa da, qəzanın onun idarəçiliyinə keçməsi dərhal baş verməmişdi.

“Şükürlər olsun ki, 101 ildən sonra tarixi ədalət bərpa olunur. Ölkə başçısının qeyd etdiyi kimi, Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq. Cənab Prezidentin vurğuladığı kimi bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaq”, -deyə millət vəkili söyləyib.