YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şəmkir rayon təşkilatında ərazi ilk partiya təşkilat sədrləri ilə video-görüş keçirilib

YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev ərazi ilk partiya təşkilat sədrləri ilə video-görüş keçirib.

Rayon təşkilatı tərəfindən görülən işlər barədə danışan F.Vəliyev qarşıda duran vəzifələrdən də bəhs edib. Həyata keçirilən islahatlardan, şanlı qələbəmizdən və ölkəmizin koronovirusa qarşı mübarizəsindən danışan rayon təşkilatının sədri bildirib ki, Prezident İlham Əliyevin fərmanlarına əsasən iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına dair son illərdə qəbul olunmuş Dövlət proqramlarının icrasının vaxtında və tam həcmdə yerinə yetirilməsi ölkədə işsizliyin azaldılmasına və əhalinin, xüsusilə gənclərin faydalı əməklə məşğulluğunun artırılmasına böyük təkan verib. Bundan başqa, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi məqsədi ilə əməkhaqqı və təqaüd sisteminin təkmilləşdirilməsi, pensiya təminatının yaxşılaşdırılması və ölkənin gələcək dövrdə sosial-iqtisadi inkişafı üçün digər strateji əhəmiyyət kəsb edən tədbirlərin həyata keçirilməsi xüsusilə vurğulanmalıdır.

Yeni Azərbaycan Partiyasının Sədri, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində həm YAP-ın, həm də dövlətimizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirən F.Vəliyev islahatlar sayəsində dövlətimizin günü-gündən inkişaf etdiyini, insanların rifah halının yaxşılaşdığını diqqətə çatdırıb.

Sonra rayon təşkilatının sədri F.Vəliyev təşkilatdaxili məsələlərə toxunaraq ərazi ilk partiya təşkilatlarının sədrlərinə müvafiq tövsiyə və tapşırıqlarını verib.

Tədbirdə çıxış edən Bayramlı kənd ərazi ilk partiya təskilatınin sədri Mustafakamal Məhərrəmov, Yeni-Həyat kənd ərazi ilk partiya təskilatınin sədri Qətibə Məmmədova, Dağ-Cəyir kənd ərazi ilk partiya təskilatınin sədri Famil Həmidova və digər ərazi ilk partiya təşkilat sədrləri, rəhbərlik etdikləri ilk partiya təşkilatının işini rayon təşkilatının tələb və tösiyyələrinə uyğun qurduqları haqda məlumat veriblər.