YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Ağalı kəndinin təməl daşının qoyulması böyük qayıdışın birinci addımıdır

Zəngilanda bu gün birinci kənd layihəsinin icra edilməyə başlaması, Ağalı kəndinin təməl daşının qoyulması böyük qayıdışın birinci addımıdır. İnfrastruktur işləri öz qaydasında davam edir. İndi birinci “ağıllı kənd” layihəsi olan Ağalı kəndinin bərpasına start verilib.

Bu barədə Prezident İlham Əliyev Zəngilanda Beynəlxalq Hava Limanının təməlqoyma mərasimində çıxışı zamanı bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, Ağalı kəndi oktyabrın 28-də işğalçılardan azad olundu və altı aydan sonra Ağalıda yeni kəndin təməl daşı qoyuldu. Bu, nümunəvi kənd olacaq, çünki bu kənddə tətbiq olunacaq texnologiyalar ən müasir standartlara cavab verir. Həm tikiləcək evlər, ictimai binalar, sosial obyektlər, həm də iş yerləri, əkin sahələri müəyyən edilib. Zəngilanın bütövlükdə təbiəti və təbii sərvətləri bu rayonu Azərbaycanın ən qabaqcıl rayonlarının birinə çevirməyə imkan verəcək.

“Böyük qayıdış başlayıb. Bu gün burada təməl daşını qoyduğum hava limanı dövlətimizin gücünü göstərir. Bir qədər bundan aralıda yeni Horadiz-Zəngilan avtomagistral yolunun təməli də qoyulacaq. Mövcud yola paralel olan 4-6 zolaqlı bu yol geniş imkanlar açacaq. Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün bu layihələrin çox böyük əhəmiyyəti vardır. Bu hadisə münasibətilə zəngilanlıları və bütün Azərbaycan xalqını təbrik edirəm”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.