YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Şuşamız 29 ildən sonra ilk dəfədir may ayının 8-ni azad, bərpa olunan, yenidən çiçəklənən, dirçələn şəkildə qarşılayır

“Şuşamız 29 ildən sonra ilk dəfədir may ayının 8-ni azad, bərpa olunan, yenidən çiçəklənən, dirçələn şəkildə qarşılayır. Məhz, müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və Azərbaycan Ordusunun qüdrəti, şücaəti sayəsində xalqımız uzun illərdən sonra ilk dəfə olaraq bu günü sevinclə qeyd edir. 44 günlük Vətən müharibəsinin 42-ci günündə - noyabrın 8-də illərdir həsrətində olduğumuz Şuşa şəhəri işğaldan azad edildi və orada Azərbaycan bayrağı qaldırıldı. Bu tarixi və müqəddəs müjdəni Azərbaycan xalqına ata vəsiyyətini yerinə yetirmiş müzəffər Ali Baş Komandan İlham Əliyev böyük fəxarət və qürur hissi ilə çatdırdı. Artıq bu gün hər bir azərbaycanlı fəxr edir ki, Şuşa azaddır”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, ordumuzun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edilib və şəhərə, onun tarixi-mədəni irsinə, təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparılıb, bərpa işlərinə başlanılıb: “Bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Şuşada dövlət idarəetməsinə də böyük diqqət yetirilib. Azərbaycan Respublikası Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa rayonuna təyin edilib”.

“Şuşa Azərbaycan üçün milli qürur, milli mənlik, mədəniyyət, incəsənət və tarixdir” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, Şuşanın yenidən bərpası, tarixi simasının qaytarılması Qarabağın döyünən ürəyinin, regionun mədəniyyət mərkəzinin yenidən dirçəldilməsi deməkdir: “Bu, həm də milli qürurumuzun, mənliyimizin, mədəniyyətimizin, incəsənətimizin, tariximizin bərpa edilməsi, yenidən yüksəliş mərhələsinə daxil olması deməkdir. Həm də Şuşa Azərbaycan xalqı üçün milli simvoldur. Ümummilli lider Heydər Əliyev Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinə çox böyük qayğı göstərərək onun inkişafına çalışırdı. Ulu Öndər Şuşaya adi bir şəhər deyil, zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı. Hətta, 1970-ci illərin ikinci yarısında ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə bir neçə xüsusi qərar da qəbul edilmişdi. Bu mənada, Prezident İlham Əliyevin ötən gün imzaladığı Sərəncamla Şuşanı Azərbaycan mədəniyyətinin paytaxtı elan etməsi olduqca mühüm qərardır”.

Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, bu gün Prezident İlham Əliyev Ulu Öndərimizin vəsiyyətini yerinə yetirərək azadlığına qovuşan, 270 illik tarixi olan Şuşa şəhərini yenidən bərpa edir, dirçəldir, əvvəlki şöhrətinin qaytarılması üçün yeni dövr başladır.

DİGƏR Xəbərlər Arxiv