YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nəsimi rayon təşkilatında bir qrup qaziyə partiya vəsiqələri təqdim olunub

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ərəfəsində zəfərlə başa çatmış 44 günlük Vətən müharibəsininin bir qrup qaziləri Yeni Azərbaycan Partiyası sıralarına daxil olublar.

Həmin qazilərə  YAP Nəsimi rayon təşkilatının qərargahında partiya vəsiqələri təqdim edilib. Sonra qazilər təşkilatın qərargahında açılmış “Şanlı Tariximizin Zəfər salnaməsi” foto-stendi ilə tanış olublar.

Həmçinin, qazilər YAP Nəsimi rayon təşkilatında keçirilən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş videokonfransda iştirak ediblər.