YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ konqresmeni Avropanın enerji təhlükəsizliyinin təmini üçün Azərbaycanla işləməyin önəmini vurğulayıb

Fevralın 12-də ABŞ Konqresində Azərbaycanla bağlı dinləmələrin protokoluna əlavə edilməsi üçün konqresmen Maykl Törner bəyanatla çıxış edib.
Konqresmen bəyanatda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsini vurğulayaraq, Bakı-Tbilisi-Ceyhan boru kəməri və Cənub qaz dəhlizinin əhəmiyyətindən bəhs edib. Maykl Törner Avropanın enerji təhlükəsizliyinin təmin olunması və regional sabitliyin gücləndirilməsi istiqamətində Azərbaycanla işləməyin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Həmçinin, bəyanatda geosiyasi enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində Azərbaycanın ABŞ-ın vacib tərəfdaşı olduğu vurğulanıb.