YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu ilin yanvar ayında ümumi daxili məhsul 4,4 faiz çox istehsal olunub

Bu ilin yanvar ayında ölkədə 3,6 milyard manatlıq və ya əvvəlki ilin eyni ayı ilə müqayisədə 4,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Dövlət Statistika Komitəsindən bildiriblər ki, qeyri-neft sektorunda 5,5 faiz, neft-qaz istehsalı və emalı sahələrində isə 3,1 faiz artım qeydə alınıb.
Yanvar ayında ÜDM-in 34 faizi sənayedə, 10,6 faizi tikintidə, 10,3 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 6,6 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 2,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində, 2,4 faizi informasiya və rabitə xidmətlərində, 19,8 faizi sosial və digər xidmətlər sahəsində istehsal edilib, məhsula və idxala xalis vergilər 10 faizi təşkil edib.