YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rasim Musabəyov: Azərbaycan öz qərarlarını icra etməyə başlayıb

«Bakıda "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasının ilk iclasının keçirilməsi göstərir ki, Azərbaycan öz qərarlarını icra etməyə başlayıb». Bu fikri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

R.Musayev bildirib ki, bu toplantı layihənin icrası üçün zəruri mexanizmdir.  «Bilirsiniz ki, dünyada neftin qiyməti sabit deyil. Eyni zamanda, Rusiya qazı ilə bağlı hansısa siyasi qərarların verilib-verilməyəcəyi hələ açıq qalır. Azərbaycanın layihələri isə bilavasitə icra olunmağa başlayıb»- deyə, deputat qeyd edib.