YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Ankarada YAP ilə AKP-nin Təftiş komissiyaları arasında təcrübə mübadiləsi imkanları müzakirə edilib

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi YAP nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova ilə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Təftiş Komissiyasının sədri Ahmet Aydın arasında görüş keçirilib.

Görüşdə iki qardaş ölkənin hakim partiyalarının Təftiş komissiyaları arasında təcrübə mübadiləsi, gələcək əməkdaşlığın əsaslarının yaradılması istiqamətində fikir mübadiləsi aparılıb.

Diqqətə çatdırılıb ki, Azərbaycanda böyük nüfuza malik Yeni Azərbaycan Partiyası monolit təşkilat olaraq cəmiyyətin bütün təbəqələrinə nüfuz etdiyi kimi, Türkiyədə də hakim Ədalət və İnkişaf Partiyası xalqın etimadını qazanıb və bunu doğrulda bilib. Bu baxımdan, YAP-ın və AKP-nin Təftiş komissiyaları arasında qarşılıqlı təcrübə mübadiləsi hər iki partiyanın gələcək fəaliyyətinin daha düzgün istiqamətləndirilməsinə töhfə verə bilər.