YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Aytən Mustafayeva: Azərbaycan hər zaman etibarlı tərəfdaş kimi tanınır

«ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın ölkəmizə səfəri onu göstərir ki, ABŞ Azərbaycanla əlaqələrin inkişafına maraq göstərir». Bu fikri AMEA-nın İnsan hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva deyib.

A.Mustafayeva bildirib ki, ABŞ və Azərbaycan arasında heç bir ciddi problem yoxdur. Onun sözlərinə görə, ABŞ-dakı müəyyən dairələr ölkəmizə qarşı qeyri-obyektiv münasibət bildirirlər. Bu da Birləşmiş Ştatların rəsmi mövqeyi deyil.

«Bu gün Azərbaycan Avropanın enerji maraqlarını birləşdirən ölkə kimi dünya arenasında çıxış edir. Eyni zamanda, Azərbaycan ikitərəfli əməkdaşlıq çərçivəsində hər zaman etibarlı tərəfdaş kimi tanınır. ABŞ siyasətçilərinin eləcə də, dövlət katibinin müavininin Azərbaycan haqında fikirləri maraq doğurur»- deyə, A.Mustafayeva vurğulayıb.