YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ər-Riyadda Ərəb Dövlətləri Liqası-Mərkəzi Asiya və Azərbaycan Respublikası arasında Əməkdaşlıq Memorandumu imzalanmışdır

Mayın 13-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində Ərəb Dövlətləri Liqası-Mərkəzi Asiya və Azərbaycan Respublikası arasında Əməkdaşlıq Memorandumu imzalanmışdır.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Memorandumda Ərəb Dövlətləri-Mərkəzi Asiya və Azərbaycan Respublikası arasında siyasi, iqtisadi, ticari, maliyyə, texniki, sosial və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd edilmiş, bu istiqamətdə müvafiq əməkdaşlıq mexanizmlərinin yaradılması təşviq olunmuşdur.

Eyni zamanda, Memorandumda beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin ərazi bütövlüyü və suverenliyinə öhdəlik bir daha vurğulanmışdır.