YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Qarşılıqlı etimadın yaradılması üçün Azərbaycanın işğal edilmiş torpaqları azad olunmalıdır

«ATƏT-in Minsk qrupu atəşkəsin 20 illiyi ilə bağlı bəyanatı ilə uğursuz fəaliyyətini ört-basdır etmək istəyir. Hiss olunur ki, onlar demək istəyir ki, bu vəziyyət elə belə də davam etməlidir və siz bununla barışmalısınız. ATƏT-in Minsk qrupunun yaradılmasında məqsəd bu problemin həllinə kömək etmək deyil». Bu fikirləri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, Minsk qrupu bu bəyanatla uğursuz fəaliyyətini ört-basdır etmək istəyir. Onun sözlərinə görə, torpağımızı işğal etmiş, bir milyondan artıq vətəndaşımızı qaçqın və məcburi köçkün vəziyyətinə salmış, tarixi abidələrimizi məhv etmiş dövlətlə etimadın yaradılması çətin məsələdir.

«Qarşılıqlı etimadın yaradılması üçün Azərbaycanın işğal edilmiş torpaqları azad olunmalıdır.  Azərbaycanın  xalqı olaraq əbədi düşmənçilik istəmirik. Biz bütün xalqlar, millətlər, qonşularla qarşılıqlı dostluq, əməkdaşlıq, tərəfdaşlıq şəraitində yaşamaq istəyirik. Ancaq bir şərtlə ki, bizim torpaqlarımız işğaldan azad olunsun, ərazi bütüövlüyümüz təmin olunsun, qarşılıqlı hörmət görək. Onda biz hər kəsə dost əlimizi uzatmağa hazırıq»- deyə, E.Məmmədov qeyd edib.