YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov: Azərbaycan və Gürcüstan strateji tərəfdaşlardır

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstana rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Tamar Beruçaşvili ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub.
Elmar Məmmədyarov Azərbaycanın və Gürcüstanın strateji tərəfdaşlar olduğunu bildirib, bu əməkdaşlığın hər iki ölkənin müstəqilliyinin möhkəmləndirilməsi və inkişafı baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Elmar Məmmədyarov Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars kimi enerji və nəqliyyat layihələrinin Azərbaycan və Gürcüstan ilə bərabər regionun inkişafı üçün zəmin yaratdığını bildirib. O, Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinə görə Ermənistanın bu layihələrdə iştirakdan kənar qaldığını və regional əməkdaşlıqdan bəhrələnə bilmədiyini vurğulayıb.
Tamar Beruçaşvili bu səfərin iki ölkə arasında əlaqələrin inkişafı baxımdan əhəmiyyətli olduğunu qeyd edib. Nazir Azərbaycan-Gürcüstan əməkdaşlığının strateji xarakter daşıdığını bildirib. İrimiqyaslı enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi istiqamətində iki ölkə arasında olan əlaqələrin xüsusi əhəmiyyət kəsb etdiyini deyən Tamar Beruçaşvili bu layihələrin Azərbaycan və Gürcüstanın, bütövlükdə regionun inkişafı üçün vacib olduğunu bildirib.
Görüşdə Azərbaycanın və Gürcüstanın bir-birilərinin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklədikləri vurğulanıb.

 

DİGƏR Xəbərlər Arxiv