YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov: Ermənistan hakimiyyəti işğala son qoymalı və qonşuları ilə normal dildə danışmağı bacarmalıdır

Azərbaycan bütün ölkələrlə, eləcə də Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıqda maraqlıdır. Bütün dövlətlərlə dostluq şəraitində yaşamaq bizim xarici siyasətimizin əsas prioritetlərindəndir. Amma əfsus ki, qonşu Ermənistan dövləti bu yolla getmək istəmir. Bununla da özünü bir çox layihələrdən kənarda qoyur və inkişafdan qalır.
Bu fikirləri Tbilisidə jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov söyləyib.
Nazir deyib ki, bu gün Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan və Gürcüstandan keçən layihələr qlobal xarakter daşıyır. Ermənistan işğalçılıq siyasətinə son qoymayana qədər bu layihələrdə yer almayacaq. Ermənistan hakimiyyəti ilk növbədə işğala son qoymalı, qonşu ölkələrlə normal dildə danışmağı bacarmalıdır.
“İnanıram ki, gec-tez bu məsələ öz ədalətli həllini tapacaq. Ermənistan hakimiyyətinin ağlına gələcək ki, onlar öz ölkəsinin maraqları naminə qonşularla normal əlaqələr qurmalı və regional layihələrə qatılmaq üçün şərait yaratmalıdırlar" – deyə E.Məmmədyarov vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv