YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın xarici işlər naziri Gürcüstan Prezidenti ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili ilə görüşüb.
Elmar Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Prezident Giorgi Marqvelaşviliyə çatdırıb.
Prezident Giorgi Marqvelaşvili onun da səmimi salamlarının və ən xoş arzularının Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib.
Giorgi Marqvelaşvili Azərbaycan və Gürcüstan arasındakı strateji tərəfdaşlıq əlaqələrinin region üçün böyük əhəmiyyət kəsb etdiyini söyləyib. Ölkələrimizin ikitərəfli formatda olduğu kimi Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən üçtərəfli çərçivədə də uğurla əməkdaşlıq etdiyini vurğulayıb.
Elmar Məmmədyarov həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələrinin ölkələrimizin müstəqilliyinin möhkəmlənməsinə, inkişafına və regional çiçəklənməyə xidmət etdiyini bildirib.
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin ölkələrimizin regional mövqeyinin güclənməsinə töhfə verdiyini deyən Elmar Məmmədyarov bu layihəyə Orta Asiya dövlətlərinin də ciddi maraq göstərdiyini diqqətə çatdırıb. O, üçtərəfli əsasda Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığının əhəmiyyətini qeyd edib.
Görüşdə Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı dəstək ifadə olunub.