YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Şuşa Bəyannaməsinin imzalanması ilə bütün dünya Azərbaycan-Türkiyə dostluğunun bir daha şahidi oldu

Qardaş Türkiyə iqtisadi və siyasi gücünə görə dünyanın lider ölkələrindən biridir. Bu, həm də bizim gücümüzdür. Çünki Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü isə Türkiyənin gücüdür. Türk dünyasının böyük siyasi xadimlərindən biri olan Rəcəb Tayyib Ərdoğanın apardığı uğurlu siyasət sayəsində Türkiyə Respublikası böyük inkişaf yolu keçib.

İki qardaş ölkə olan Türkiyə ilə Azərbaycan arasında əlaqələr dünyada nadir münasibətlərdəndir. Ölkələrimiz arasındakı münasibətlər ulu öndər Heydər Əliyevin ifadə etdiyi kimi “Bir millət, iki dövlət” prinsipi əsasında qurulub. Biz bütün məsələlərdə bir-birimizin yanındayıq. Xalqlarımızın qəlbən birliyi əbədi və sarsılmazdır.

Bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin iyunun 22-də keçirilən iclasında deyib.

Parlamentin sədri diqqətə çatdırıb ki, Azərbaycan və Türkiyə tarix boyu həmişə bir-birinin yanında olub. Çanaqqala döyüşündə, Bakının ermənilərdən təmizlənməsində biz bunun şahidi olmuşuq. Xalqlarımız həmişə bir-birini dəstəkləyib, indi də bir yerdəyik və gələcəkdə də birlikdə olacağıq. Onun sözlərinə görə, Türkiyə Prezidenti iyunun 16-da Milli Məclisdə çıxışı zamanı önəmli mesajlar verdi.

Sahibə Qafarova vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Türkiyənin göstərdiyi siyasi və mənəvi dəstək Azərbaycanın haqq işinin qazanılmasında böyük rol oynadı. Bütün dünya Şuşa Bəyannaməsinin imzalanması ilə Azərbaycan-Türkiyə dostluğunun bir daha şahidi oldu. Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan əlaqələrini yeni zirvəyə qaldırdı.

Milli Məclisin sədri vurğulayıb ki, Vətən müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı yeni geosiyasi reallıq fonunda ölkələrimiz arasında birgə əlaqələr uğurla inkişaf etdirilir.

 

DİGƏR Xəbərlər Arxiv