YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rasim Musabəyov: Dövlətimizin Qərb dairələrindən prinsipial yanaşma tələb etməsi tamamilə düzgündür

«Qərb Ukraynada baş verən proseslərdə olduğu kimi, Qarabağ məsələsində eyni dərəcədə fəallıq nümayiş etdirməyib». Bu fikri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, Azərbaycan torpaqları işğal edilən zaman Qərb kənardan müşahidə edərək, heç bir reaksiya vermirdi. Onun sözlərinə görə, dövlətimizin Qərb dairələrindən məhz prinsipial yanaşmanı tələb etməsi tamamilə düzgündür.

«Necə ki, Ukrayna məsələsinə yanaşırlar, zəhmət çəksinlər, eyni ilə Dağlıq Qarabağla bağlı da adekvat fikir sərgiləsinlər. Həmçinin, Ermənistan rəhbərliyinə bir sıra qadağalar qoysalar, sanksiyalar tətbiq etsələr ciddi nəticələr əldə oluna bilər. Bütün bunların əvəzinə Qərb dairələri, o cümlədən, ATƏT-in Minsk qrupunun həmsədrləri  Ermənistanı himayə etməklə, başını sığallamaqla öz maraqlarına uyğun hərəkət etməyə məcbur edirlər. Ukraynada özlərinə qarşı təhlükə görən Qərb ərazi bütövlüyündən, suverenlikdən danışmağa başladı. Azərbaycana gəlincə isə, yalnız erməniləri dilə tutmağı tövsiyə edirlər. Ona görə də,  rəsmi Bakı ABŞ-dan, eləcə də bu yöndə fəaliyyət göstərən digər dövlətlərdən prinsipial yanaşma çərçivəsində bu və ya digər məsələləri həll etməyi tələb edir»- deyə, politoloq qeyd edib.