YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Ailə Məcəlləsinə əsasən nigaha girən şəxslər nigah öncəsi icbari tibbi müayinədən keçməlidirlər

«Ailə Məcəlləsinə əsasən nigaha girən şəxslər nigah öncəsi icbari tibbi müayinədən keçməlidirlər». Bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, tibbi müayinə qaydası, şərtləri və hansı xəstəliklərə qarşı tibbi müayinədən keçilməsi ilə bağlı siyahı hazırlanır. Onun sözlərinə görə, bu müddəanın tətbiqindən sonra icbari tibbi müayinədən keçməsi haqda arayış təqdim etməyən cütlüklərin rəsmi nigahı qeydə alınmayacaq.

«Bu çox ciddi bir məsələdir və müəyyən dövrdən sonra qanunun tətbiqinə başlanacaq. Sadəcə olaraq,  ilk növbədə xəstəliklərin siyahısı hökumət tərəfindən razılaşdırılmalıdır. Digər bir məsələ isə, arayışın formasının müəyyənləşdirilməsidir.  Ən əsas məsələ isə əhali arasında maarifləndirmə işinin aparılmasıdır. Eyni zamanda, bu işi aparacaq həkim və tibb personalının təcrübəsinin artırılması və ümumi bir mərkəzləşdirilmiş qaydada bu işin aparılma metodikasının müəyyənləşdirilməsi üçün vaxt lazımdır. Bütün səhiyyə müəssisələri isə bu işi görmək üçün hazırdır»- deyə, komitə sədrinin müavini vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv