YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bayram Səfərov: İşğalçı Ermənistanın rəhbərliyi icmaların dialoqunun reallaşmasına imkan vermir

«Azərbaycanın Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icmaları arasında dialoq vacibdir. Danışıqlar prosesinin müəyyən mərhələsində bu proses baş verə bilər». Bu fikri «Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması» İctimai Birliyinin sədri Bayram Səfərov deyib.

B.Səfərov bildirib ki, Dağlıq Qarabağın azərbaycanlı icması belə dialoqun reallaşmasının tərəfdarıdır. Onun sözlərinə görə, işğalçı Ermənistanın rəhbərliyi belə dialoqun reallaşmasına imkan vermir.

«Ermənistan tərəfi bu məsələdə də konstruktiv mövqe sərgiləmir. Biz dəfələrlə bu cür görüşlərin təşkil olunmasına çağırsaq da, qarşı tərəf buna imkan vermir və hər vəchlə mane olur. Dialoq və etimadın qurulmasında həmsədrlərin də rolu çox vacib və önəmlidir. Həmsədrlər bu məsələdə ciddi səy göstərməli və ciddi təkliflər irəli sürməlidirlər»- deyə, B.Səfərov qeyd edib.