YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İDEX-2015 beynəlxalq müdafiə sərgisində Azərbaycan Müdafiə Sənayesi Nazirliyi də öz stendi ilə təmsil olunur

Dünyanın müxtəlif ölkələrindən 1500-dək şirkətin qatıldığı sərgidə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi də öz stendi ilə təmsil olunur.
Sərgidə Azərbaycan müəssisələrinin istehsalı olan 180-dən artıq hərbi avadanlıq - atıcı silahlar, artilleriya qurğuları, pilotsuz uçuş aparatları, müxtəlif çaplı döyüş sursatları və digər məhsullar nümayiş edilir. Bu məhsullar xarici ölkələrin hərbçiləri tərəfindən maraqla qarşılanır.
İDEX sərgisi ilə bir vaxtda Abu Dabidə NAVDEX-2015 dəniz və UMEX-2015 pilotsuz texnologiyaları sərgiləri də keçirilir.
İDEX-2015 sərgisində Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin başçılığı ilə nümayəndə heyətləri ziyarətçi qismində iştirak edirlər.
Qeyd edək ki, Azərbaycanın BƏƏ ilə müdafiə sənayesi sektorunda əməkdaşlıq planları var. Bir müddət əvvəl bu ölkənin nümayəndə heyəti Bakıda olub və müvafiq danışıqlar aparılıb. ÜmumənƏrəbistan regionu Azərbaycan üçün perspektivliregionlardan sayılır.
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi İDEX sərgisinə ikinci dəfədir ki, təmsil olunur.
Fevralın 26-dək davam edəcək sərgi çərçivəsində Azərbaycan müdafiə sənayesi naziri Yavər Camalovun Birləşmiş Ərəb Əmirliklərinin dövlət və hökumət nümayəndələri və sərgiyə qatılan ölkələrin rəsmi nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulub.