YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin Alman Bundestaqına Petisiyasına yenidən baxılacaq

Almaniyadakı Azərbaycanlıların Koordinasiya  Mərkəzi (AAKM) Alman Bundestaqının Petisiya Komitəsinin üzvü Günter Baumana  təkrarən “1992-ci ildə Xocalı sakinlərinə qarşı törədilmiş soyqırımın cinayət kimi tanınması və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli“nə dair  Petisiya ilə müraciət edib. Bu Petisiyaya Xocalı soyqırımı haqqında məlumat kitabı və 2013-cü ildə toplanmış Almaniyada yaşayan azərbaycanlıların imzaları əlavə edilib. İmzatoplama aksiyasında bütün Almaniya üzrə cəmiyyətlər və xüsusilə də mərkəzi Bilifeld şəhərində olan “Almaniyanın Nordrayn-Vestfaliya federal əyalətində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti” yaxından iştirak edib. Bu AAKM-nin Petisiya şöbəsinə artıq ikinci müraciətidi. 2010-cü ildə təqdim edilən Petisiya “qeydiyyata alınma”  statusu ilə cavablandırılıb. 2014-cü ildə verilən Petisiya üç hissədən ibarətdir və son hissəsində  AAKM münaqişənin həlli ilə bağlı indiyə qədər qəbul edilmiş qərar və bəyanatlara istinad edərək Alman Parlamenti tərəfindən bu Petisiya ilə Xocalı soyqırımı məsələsinin diqqətlə qəbul ediləcəyinə və bu yolda yeni səylər göstəriləcəyinə ümid etdiyini vurğulayıb. Qeyd edək ki, 2014-cü ildəki Petisiyasına da arxivləşmə cavabı gələrkən, AAKM bir daha Petisiya Komitəsinə etiraz məktubu ilə müraciət etmişdir. 2014-cü il ərzində aparılan məktublaşmada erməni işğalçılarının sərhəddə atəşkəsi pozma halları bildirilmiş, girov götürülmüş Qarabağ sakinlərinin insan hüquqları haqqında sorğu edilmiş, nəhayət beynəlxalq ictimaiyyətdə qəbul edilmiş qərarların həyata keçirilməsi, ədalətin bərqərar olması tələbləri irəli sürülmüşdür. Bu məktubun təkidi nəticəsində Bundestaqın Petisiya Komitəsi tərəfindən AAKM-nin “1992-ci ildə Xocalı sakinlərinə qarşı törədilmiş soyqırımın cinayət kimi tanınması və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli“nə dair  Petisiyası 2015-ci ildə yenidən baxılmağa götürülmüşdür.