YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa Azərbaycanlıları Konqresi Xocalı soyqırımı ilə əlaqədar Avropa Parlamentinə müraciət ünvanlayıb

Avropa Azərbaycanlıları Konqresi “1992-ci ildə Xocalı sakinlərinə qarşı törədilmiş soyqırımın cinayət kimi tanınması və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli”nə dair Avropa Parlamentinin  İnsan hüquqları komitəsinin yeni seçilmiş sədri Elena Valensaya müraciət edib. Müraciətdə Avropa Parlamentindən Dağlıq Qarabağ münaqişəsinin müvafiq beynəlxalq normalara uyğun olaraq həllinə münasibət bildirilməsi, 26 fevral 1992-ci ildə ermənilər tərəfindən Xocalıda dinc sakinlərə qarşı həyata keçirilən soyqırımı aktının müharibə zamanı törədilmiş cinayət kimi qiymətləndirməsi tələb olunur. Müraciətdə həmçinin Xocalıda baş verən dəhşətli faciəyə görə Ermənistan Prezidenti Serj Sarkisyanın cinayətkar olduğu vurğulanaraq Xocalı soyqırımına görə onun məsuliyyətə cəlb edilməsi tələb edilir. Daha sonra soyqırımın beynəlxalq ekspertlər komissiyası tərəfindən araşdırılması, ATƏT-in Minsk Qrupuna üzv olan ölkələrin başçılarından münaqişənin həlli yolunda və sülhün əldə edilməsi istiqamətində səy göstərmələri vurğulanıb. Müraciətdə bildirilib ki, erməni işğalçılarının son aylarda sərhəddə atəşkəsi pozmalarına, Qarabağa, öz doğma yurd yerlərini ziyarətə getmiş sakinlərin girov götürülərək indiyə qədər həbsdə saxlamalarına ciddi münasibət göstərilməlidir.
Müraciətin sonunda AAK münaqişənin həlli ilə bağlı indiyə qədər qəbul edilmiş qərar və bəyanatlara istinad edərək və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yardım etmək məqsədilə Bəyanatın Avropa Parlamenti tərəfindən ciddi qəbul ediləcəyinə və bu yolda yeni səylər göstəriləcəyinə ümid ifadə olunub.

 

DİGƏR Xəbərlər Arxiv