YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmsəddin Hacıyev: Azərbaycan MDB məkanında elmə ən çox vəsait ayıran ölkədir

Azərbaycan MDB məkanında elmə ən çox vəsait ayıran ölkədir. Bu fikri Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev parlamentin bu gün keçirilən iclasında «Elm haqqında» qanun layihəsinin müzakirəsi zamanı deyib.

Ş.Hacıeyv bildirib ki, elm sahəsinin inkişafı həmişə müstəqil Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri olub və gün də prioritet istiqamət kimi qalmaqdadır. Onun sözlərinə görə, son illərdə bu sahədə nəzərə çarpan irəliləyişlər əldə edilib.

«Bu gün bu sahədə həllini gözləyən problemlər var. Bunların yaranma səbəblərini araşdırmaq və onları həll etmək üçün mükəmməl qanunverilik bazasının yaradılmasına ciddi ehtiyac var. Bu qanun layihəsini də məhz bu məqsədlə bu  iclasa təqdim etmişik”. Ş.Hacıyev bildirib ki, qanun layihəsi hazırlanarkən bir çox ölkələrin, o cümlədən qabaqcıl Avropa və MDB dövlətlərinin təcrübələri nəzərə alınıb: “Cəmiyyət miqyasında qanun qəbul olunmalıdır ki, təhsil sahəsində rəqabət qabiliyyətli inkişafa nail ola bilək. Layihənin əsas istiqaməti liberal şəraitin yaradılması, rəqabət mühitinin təmin edilməsi, elmi nəticələrin səviyyələrinin yüksədilməsi və digər məqsədlərlə bağlıdır. Bu da imkan verir ki, ölkədə elmin inkişafına nail olaq və elmi təqdiqatların keyfiyyətini daha da artıraq”. Onun sözlərinə görə, elmin inkişafı sahəsində qanunvercilik bazasının yaradılması bir çox məsələlərin həllini nəzərdə tutub: “Elmi fəaliyyətin idarə olunması və onun müasir dünya praktikasına uyğunlaşdırılması layihənin əsas məqsədlərindən biridir”. 

DİGƏR Xəbərlər Arxiv