YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Corciya Qubernatoru Xocalı soyqırımının tanınması ilə bağlı rəsmi sənəd imzaladı

ABŞ-ın Corciya ştatının Qubernatoru Natan Dil Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat imzalayıb.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna daxil olmuş bəyanatda, Qubernator N.Dil Corciya ştatı adından 23 il bundan əvvəl Xocalıda baş verən qətliamla bağlı kədərini ifadə edərək, bu faciəvi günü yad edənlərə qoşulduğunu bildirir.

Bəyanatda qeyd olunur ki, 1992-ci ildə Azərbaycanda törədilən bu amansız qətliam nəticəsində 600-dən çox mülki insan həyatını itirib. Həmçinin, vurğulanır ki, gələcəkdə belə dəhşətli hadisələrin baş verməməsi üçün bu kimi faciəvi günlərin yad edilməsi olduqca önəmlidir. Sonda Qubernator Xocalı qətliamının ildönümü ilə bağlı tədbirlərin təşkilini təqdir edərək bildirir: “Qoy belə faciələrin tariximizin səhifələrini bir daha ləkələməsinə heç zaman yol verilməsin”.

Qeyd edək ki, bu, Corciya Qubernatoru tərəfindən Xocalı soyqırımının tanınması ilə bağlı imzalanmış ilk rəsmi sənəddir.