YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Gəncədə “Şuşa Bəyannaməsi: milli-mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün yeni çağırışlar” mövzusunda konfrans keçirilib

İyulun 28-də Gəncədə Yeni Azərbaycan Partiyası (YAP) ilə Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) arasında ikitərəfli Əməkdaşlıq Protokoluna uyğun olaraq “Şuşa Bəyannaməsi: milli-mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün yeni çağırışlar” mövzusunda konfrans keçirilib.

Konfransda YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, AK Parti sədrinin birinci müavini Numan Kurtulmuş, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin deputatları, dövlət qurumlarının əməkdaşları və elm xadimləri iştirak ediblər.

Əvvəlcə qonaqlar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzüblər.

Gəncə Heydər Əliyev Mərkəzi ilə tanış olan konfrans iştirakçılarına bildirilib ki, mərkəzin fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və irsinin dərindən öyrənilməsinə və tədqiqinə yönəlib.

Numan Kurtulmuş Heydər Əliyev Mərkəzinin xatirə kitabına ürək sözlərini yazıb.

Sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Yeni Azərbaycan Partiyası ilə Türkiyənin Ədalət və İnkişaf Partiyası arasında imzalanmış ikitərəfli Əməkdaşlıq Protokolundan sonra ilk belə konfransın Gəncə şəhərində keçirildiyini qeyd edib. 44 günlük Vətən müharibəsinin Türkiyə-Azərbaycan münasibətlərinin zirvəsi olduğunu bildirən T.Budaqov qarşılıqlı əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirib. İki ölkəni birləşdirən tarixi köklərin, mədəniyyətin, dinin və milli-mənəvi dəyərlərin olması ilə yanaşı, dövlət başçılarının qarşılıqlı münasibətlərinin də bu əlaqələrin yüksək səviyyəyə çatmasında böyük rol oynadığını vurğulayıb. Konfransın Gəncə şəhərində keçirilməsinin təsadüfi olmadığını qeyd edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri deyib ki, tarixən Gəncə Azərbaycanın milli istiqlal mübarizəsində, azadlıq və azərbaycançılıq ideyalarının həyata keçməsində müstəsna xidmətləri olmuş şəhərlərimizdəndir.

“Türkiyə - Azərbaycan dostluğu bizim milli köklərimizə əsaslanır və çoxəsrlik tarixə malikdir. Bütün zamanlarda bizim ürəyimiz türk qardaşlarımızla döyünüb, eyniylə onlarda olduğu kimi. Türkiyə Azərbaycanın hər bir problemini öz problemi, hər bir uğurunu öz uğuru kimi qəbul edib. Biz bunu bu gün əyani şəkildə bir daha görürük. Xüsusilə, 44 günlük Vətən müharibəsində Azərbaycanı istəməyən müxtəlif qurumların, təşkilatların təzyiqlərinə baxmayaraq, qardaş Türkiyə bizim yanımızda oldu”, - deyə Tahir Budaqov çıxışında qeyd edib.

AK Parti sədrinin birinci müavini Numan Kurtulmuş konfransın Vətən müharibəsindəki Zəfərdən sonra keçirilməsinin xüsusi əhəmiyyəti olduğunu vurğulayıb. Bildirib ki, Qarabağ zəfəri işğal altındakı ərazilərin azad olunması ilə birgə bütün dünyaya haqlı tərəfin hər zaman qələbə çalaçağını göstərdi. Türkiyə Respublikası başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla, müharibənin ilk günündən Azərbaycanın yanında oldu. Bu gün məqsəd bu Qələbədən sonrakı naliyyətləri daha yüksək səviyyəyə qaldırmaqdır.

“Qarabağ Zəfərinin əldə olunması ilə qazanılan nailiyyətlərdən biri də dünyanın ikili standartlar siyasətinin bir daha ortaya çıxarılmasıdır. Otuz ilə yaxın davam edən erməni işğalına başda Minsk qrupu olmaqla dünyadakı heç bir güc səsini çıxarmadı. Eyni formada BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə rəğmən işğalın uzun illər davam etdiyini və bu qurumun heç bir tədbir görmədiyinin şahid olduq. Möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan özü ədalətsizliyə son qoydu, dünyada daha bir haqsızlıq aradan qaldırıldı”, - deyə N.Kurtulmuş bildirib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, AK Parti Sədrinin xarici əlaqələr üzrə müavini, Bursadan deputat Efkan Ala, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru professor İbrahim Cəfərov, SETA Araşdırmalar Mərkəzinin xarici əlaqələr üzrə mütəxəssisi professor Ferhat Pirinççi konfransda çıxış edərək Şuşa Bəyənnaməsinin əhəmiyyətindən və gələcəkdə qarşılıqlı əlaqələrin inkişafındakı rolundan danışıblar.

Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub, birgə şəkli çəkdirilib.

DİGƏR Partiya xəbərləri Arxiv