YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP və AK Parti Gəncədə birgə mətbuat konfransı keçirib

İyulun 28-də Gəncədə Yeni Azərbaycan Partiyası (YAP) və Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) arasında ikitərəfli Əməkdaşlıq Protokoluna uyğun olaraq, “Şuşa Bəyannaməsi: milli-mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün yeni çağırışlar” mövzusunda konfrans başa çatdıqdan sonra hər iki partiya rəsmisinin birgə səfərin yekunlarına dair mətbuat konfransı keçirilib.

YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov səfərin yekunları barədə məlumat verərək deyib: “Səfər Bakıda Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevlə görüşlə başlayıb. Görüş zamanı bölgədə yaranmış yeni vəziyyətə uyğun olaraq qarşılıqlı əməkdaşlığın perspektivləri, gözlənilən nəticələr və partiya rəhbərliyi tərəfindən bu istiqamətdə atılacaq addımlar barədə məlumat verilib. Sonra nümayəndə heyəti Milli Məclisdə olub, YAP rəhbərliyi ilə görüşlər keçirib və bundan sonra atılacaq addımlar barədə səmərəli fikir mübadiləsi aparılıb. Sonra səfər Gəncə şəhərində iki partiyanın birgə keçirilən “Şuşa Bəyannaməsi: milli-mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün yeni çağırışlar” mövzusunda konfransı ilə yekunlaşıb”.

Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Numan Kurtulmuş səfər ərzində göstərilən qonaqpərvərliyə və diqqətə görə təşəkkür edib. O, Türkiyə-Azərbaycan münasibətlərinin gələcək inkişafı və bu istiqamətdə partiyalar tərəfindən göstəriləcək dəstək haqqında danışarkən bildirib ki, bundan sonra da qarşılıqlı əlaqələrin siyasi partiyalar tərəfindən rəsmi qurumlar arasında daha da möhkəmləndirilməsi üçün əllərindən gələn köməyi əsirgəməyəcəklər. “Başda cənab Prezident İlham Əliyev olmaqla göstərilən diqqətə və qonaqpərvərliyə görə Milli Məclisin üzvlərinə, YAP rəhbərliyinə təşəkkür edirik. “Şuşa Bəyannaməsi” ilə bağlı keçirilən bu konfrans da qardaş ölkələrimiz arasında gələcək əməkdaşlıqların və əlaqələrin yeni müstəvidə inkişafına zəmin yaratdı” – deyə N.Kurtulmuş vurğulayıb.

DİGƏR Partiya xəbərləri Arxiv