YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəbnəm Həsənova: Jirinovski siyasi arena ilə klounluq etdiyi yerləri yenə səhv saldı

“Bir siyasi fiqurun hər hansı bir məsələ haqqında fikir bildirməsinin səbəb və nəticələrini, cəmiyyətə təsir mexanizmini dəyərləndirmək üçün əvvəlcə onun lokal və qlobal kontekstdə nüfuzuna və sözünün çəkisinə nəzər yetirməliyik. Bu baxımdan hər şeydən öncə vurğulamaq lazımdır ki, Rusiya Dövlət Dumasının deputatı Vladimir Jirinovski nə Rusiyada, nə də regionda ciddi bir fiqur kimi qəbul olunmur. Səsləndirdiyi fikirlər isə hər zaman məsxərəyə qoyulur”.

Bu fikirləri “Yeni TV”nin canlı yayımında politoloq Şəbnəm Həsənova bildirib.

Onun sözlərinə görə, Jirinovski düşmən axtarışındadırsa getsin Cənubi Qafqaza ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin beynəlxalq hərbi kontingentini dəvət edən Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya qarşı necə ikiüzlü siyasət yürütdüyünü, onun regionda nüfuzunu azaltmaq və bu nüfuza xələl gətirmək üçün etdiyi hərəkətlərinə diqqətlə baxsın: “Rusiya və Azərbaycan arasında olan münasibətlər ümumi maraq doğuran məsələlər üzrə dəyərləndirilir və iki ölkənin maraqları üst-üstə düşür. Azərbaycan hökumətin dəyişməyə cavabdehliyi, yəni, islahatçı obrazı əmsalına görə dünya miqyasında 5-ci, hökumətin siyasi sabitliyi təmin etməsinə görə isə 11-ci yerdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu daxili və xarici siyasət Azərbaycanın beynəlxalq reytinqini getdikcə artırır. Ölkəmizdə güclü xalq-iqtidar birliyi hökm sürür. Hakimiyyətin mənbəyi xalqdır, Azərbaycan xalqı da öz liderinin ətrafında olduqca sıx birləşib. Cənab Prezident İlham Əliyevin Rusiyaya reallaşdırılan son səfəri zamanı Putinin dövlətimizin başçısına təşəkkür etməsi bir daha onu göstərdi ki, həm Rusiya, həm də Azərbaycan rəhbərliyinin mövqeləri üst-üstə düşür. Bu da ikitərəfli münasibətlərimiz üçün vacib amildir. Odur ki, Jirinovski kimi klounların yeri siyasi arena yox, başqa uyğun yerlərdir”.