YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlət idarəetməsində çeviklik artıb

Son dövrlər sosial şəbəkələrdə və bir sıra internet portallarında Konstitusiyaya dəyişiklik edilməsi üçün referendum keçiriləcəyi, eləcə də Milli Məclisin təkrarən buraxılacağı barədə əsassız məlumatlar yayılır. Amma yayılan xəbərlərdə bu mövqeni gücləndirən və ya isbat edən arqumentlər göstərilmir və sadəcə ümumi fikirlərə üstünlük verilir. Halbuki, biz son illər struktur islahatlarının genişlənməsini müşahidə edirik. Qeyri-neft sektorunun inkişafı ilə bağlı keçirilən tədbirlərin önündə həmçinin strukturun daha da təkmilləşdirilməsi durur. Milli Məclisin VI çağırışı eyni zamanda parlamentin idarəedilməsində dəyişikliklər və parlament stukturunun yenilənməsi ilə yadda qaldı.

Bunu Milli Meclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, aydındır ki, referendum keçiriləcəyi, eləcə də Milli Məclisin təkrarən buraxılacağı barədə əsassız məlumatların yayılması müəyyən radikal siyasi qüvvələrin maraqlarına xidmət edir: "Son beynəlxalq hesabatlar da göstərir ki, Azərbaycanda dövlət idarəetməsində çeviklik artıb və fərqli dövlət qurumları bir-birinin fəaliyyətini tamamlayır və idarəetmədə səmərəliliyin daha da yüksəlməsi müşahidə olunur.

Parlamentin uzunmüddətli fəaliyyəti göstərir ki, Milli Məclisin mövcud say tərkibi və stukturu səmərəli idarəetmə üçün məqbuldur. Digər tərəfdən, xüsusən son çağrışdan sonra Milli Məclisdə islahatların genişlənməsi müşahidə olunur. Statistika göstərir ki, qanunvericilik təşəbbüslərində, qanun layihələrinin müzakirəsində intensivlik daha da artıb və deputat fəallığının da yüksəlməsi qeydə alınıb.

Biz mütəmadi olaraq öz dairəmizdə vətəndaşlar ilə görüşüb onları qayğılandıran məsələləri mərkəzi idarəetmə orqanlarına təqdim edirik, mətbuatda gündəmə gətiririk. Vətən müharibəsi və pandemiya dövründə də millət vəkili kimi fəallığı artırmağa çalışmağımız da məhz Milli Məclis qarşısında müəyyənləşdirilən yeni hədəflərin nəticəsidir.

Bu baxımdan, konstitusiyaya dəyişiklik edilməsi üçün referendum keçiriləcəyi, eləcə də Milli Məclisin təkrarən buraxılacağı barədə məlumatlar əsassızdır və heç bir ciddi arqumentə əsaslanmır".