YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Kamilə Əliyeva: Bu gün Azərbaycanda bir sıra bəzi siyasi qüvvələr və onları xaricdə himayə edən bəzi qurumlar çaxnaşmalar, təxribatlar yaratmaq istəyirlər

“Bu gün Azərbaycanda bir sıra bəzi siyasi qüvvələr və onları xaricdə himayə edən bəzi qurumlar çaxnaşmalar, təxribatlar yaratmaq istəyirlər. Ona görə də son zamanlar bu cür şayiələr yayılmaqdadır. Yəni onlar istər icra, istərsə də qanunvericilik orqanlarının fəaliyyətində də hansısa öz mənfi fikirlərini irəli sürürlər. Amma bu hər zaman olub, bütün zamanlarda vaxtaşırı bu qaraguruhçular tərəfindən belə təxribatlar baş verib”. Bu sözləri açıqlamasında deputat Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, yəqin ki bundan sonra da belə hallar olacaq: “Amma onların işləri elə çaxnaşma yaratmaqdan ibarətdir. Ona görə də son zamanlar bu cür fikirlər yayılmaqdadır ki, Milli Məclis və parlament buraxılacaq. Ancaq bugün Azərbaycanda dinamik sürətli inkişaf gedir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın imici dünyada artır”.

Kamilə Əliyeva sözlərinə belə davam edib: “Elə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz nəticə, uğur, zəfər bütün dünyaya bir mesaj oldu. Azərbaycanın daha qüdrətli olması, güclü orduya malik olması, Azərbaycanın güclü liderinin olmasının şahidi oldular”

DİGƏR Xəbərlər Arxiv