YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oqtay Əsədov: Türklərə qarşı soyqırımı aktı törədənlər elə ermənilərin özləri olublar

Ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri Xocalı soyqırımı və onların uydurduqları qondarma “erməni soyqırımı” ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində birgə işin həyata keçirilməsi ilə bağlı qarşıya hədəflər qoyulub. Bu istiqamətdə Azərbaycan və Türkiyə diasporları birlikdə çalışırlar.
Bu fikirləri Milli Məclisin sərdi Oqtay Əsədov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşündə səsləndirib.
Sədr deyib: “Qondarma “erməni soyqırımı” ilə bağlı tarixi məlumatları bilirik. O dövrlərlə Türkiyədə cəmi bir milyon yüz minə yaxın erməni var idi. Həmin vaxt Birinci Dünya müharibəsi gedirdi. Həm Türkiyə tərəfdən, həm də ermənilər tərəfindən ölənlər var idi. Ermənilər tərəfdən cəmi 350 minə yaxın insan ölmüşdüsə, Türkiyə tərəfdə qətlə yetirilənlərin sayı 500 minə yaxın idi. Buradan belə çıxır ki, soyqırımı aktı törədənlər elə ermənilər özləri olublar. Yüz minlərlə erməni həmin dövrdə gəmilərlə Amerikaya gedib. İndi Amerikada bu qədər erməni var. Onların kökləri elə həmin vaxt köçənlərdir. Bir qismi isə ərəb ölkələrinə köçdülər. İndi ermənilər yalandan deyirlər ki, həmin vaxt ölənlərin sayı bir milyon yarımdır”.
Oqtay Əsədov qeyd edib ki, tarixi sənədlər, dəqiq rəqəmlər ortaya çıxmalıdır. Bilinməlidir ki, həmin vaxt Türkiyədə heç bir milyon yarım erməni olmayıb. Cəmi 1 milyon 100 nəfər erməni olub, onun da 700 mindən çoxu köçüb gedib.
Milli Məclisin sədri bildirib: “Əsl qətliamı törədənlər ermənilərdilər. Nəinki Türkiyədə, həmçinin Azərbaycanın müxtəlif rayonlarında. Düşünürəm ki, biz bu istiqamətdə birgə fəaliyyətlərimizi gücləndirməliyik. Birgə çalışıb bu məsələlərə birgə son qoymalıyıq.