YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mövlud Çavuşoğlu: Azərbaycandan ölkəmizə daha bir heyət gələcək

Azərbaycandan ölkəmizə on nəfərdən ibarət şəxsi heyət ilə daha bir təyyarə və 40 yanğınsöndürmə maşını ilə 150 yanğınsöndürən gələcək.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qardaş ölkədə davam edən meşə yanğınları ilə bağlı son məlumatında bildirib.

Azərbaycandan gələn ilk heyətin Muğlada davam edən yanğınların söndürülməsi istiqamətində işlərini davam etdirdiyini diqqətə çatdıran nazır Ukraynanın özəl bir şirkətindən icarəyə götürülən dörd təyyarənin Isparta hava limanına eniş etdiyini, Israildən icarəyə götürülən daha iki təyyarənin də sabah ölkəyə gələcəyini diqqətə çatdırıb.

M.Çavuşoğlu yardımlarla bağlı Pakistan, Polşa, Gürcüstan, Qazaxıstan, Bosniya və Herseqovina, ABŞ, Kanada və Yaponiyadan yardım təkliflərinin gəldiyini bildirib.