YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Daşkəsəndə Xocalı soyqırımı dərin hüznlə qeyd olundu

Daşkəsən rayonunda Xocalı soyqırımı dərin hüznlə, böyük kədərlə qeyd olundu.

Xocalı faciəsi ilə bağlı ümumrayon anım tədbiri Daşkəsən rayonundakı Şəhidlər Xiyabanından başladı.

Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev və rayon ictimaiyyəti fəalları Şəhidlər Xiyabanında abidə kompleksinin və torpaqlarımızın azadlığı, toxunulmazlığı uğrunda canından keçmiş şəhid qəbirlərinin üzərinə tər-çiçək dəstələri düzdülər.

Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev Şəhidlər Xiyabanını ziyarətə gələn şəhid ailələri və Qarabağ müharibəsi əlilləri, eləcə də ictimaiyyət nümayəndələri ilə görüşmüşdür.

Sonra mərasim iştirakçıları rayon mədəniyyət evinin foyesində Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisinə və bu faciədən bəhs edən kitablara baxış keçirmişlər.

Anım tədbirinə toplaşanlar A.Mürsəlov adına 2 saylı tam orta məktəbin şagirdlərinin hazırladıqları “Xocalı harayı” ədəbi-bədii kompozisiyasına tamaşa etmişlər.