YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İƏT-in baş katibi: Azərbaycan ərazisində mülki insanlara qarşı törədilmiş aktlar insanlığa qarşı cinayətdir

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəni Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar bəyanat yayıb.
İƏT-in rəsmi internet səhifəsində yerləşdirilən bəyanatda İyad bin Amin Mədəni Xocalı faciəsi zamanı həyatını itirmiş bütün insanların xatirəsinin yad etdiyini bildirir. Bəyanatda Xocalı soyqırımının Azərbaycan ərazisinin 20 faizinin təcavüzkar Ermənistan tərəfindən işğalı nəticəsində baş verdiyi vurğulanır. İƏT Xarici İşlər Nazirləri Şurası tərəfindən qəbul edilmiş qətnaməyə istinad edilərək işğal olunmuş Azərbaycan ərazilərində mülki əhaliyə qarşı törədilmiş aktların insanlığa qarşı cinayət olduğu vurğulanır.
Baş katib Azərbaycanın öz ərazilərinin işğalına son qoymaq və ərazi bütövlüyünü bərpa etmək istiqamətindəki təşəbbüs və cəhdlərinin İƏT tərəfindən tam dəstəkləndiyini bir daha vurğulayır.