YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fuad Muradov: Xocalı soyqırımının İsraildə yad edilməsi iki xalqın ağır günlərdə həmrəyliyini ifadə edir

İsrailin Akko şəhərində Xocalı soyqırımının 23 –cü ildönümü ilə bağlı tədbir keçirlib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya Ədalət” kampaniyası çərçivəsində keçirilən bu tədbirdə İsrailin xarici işlər naziri Aviqdor Liberman, Milli Məclisin deputatı Fuad Muradov, knesstein deputatı, Azərbaycan-İsrail Beynəlxalq Assosiyasıyasının (Azİz) rəhbəri Aleks Miller iştirak edib. İsrailin xarici işlər naziri Liberman çıxışında 1992-ci ilin fevral ayında baş vermiş bu qətliamın dəhşətli nəticələrinin olduğunu deyib. Onun sözlərinə görə, Xocalı faciəsi ilə bağlı tədbirlər hər il İsraildə təşkil olunur və yəhudi xalqı Azərbaycan xalqının bu faciəsinə şərik olur. Nazir Azərbaycanla-İsrail arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyərək bu əməkdaşlığın qarşılıqlı etimada söykəndiyini vurğulayıb.

Milli Məclisi deputatı Fuad Muradov çıxışında qeyd edib ki, “Xocalıya Ədalət” kampaniyası çərçivəsində dünyanın 100 ölkəsində tədbirlər təşkil edilib. İsrailin Azərbaycanla dost münasibətlərini yüksək qiymətləndirdiklərini deyən F. Muradov bu münasibətlərin qarşılıqlı olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan xalqının tarixində ən ağır gün olan Xocalı soyqırımnın bu ölkədə yad edilməsi iki xalqın ağır günlərdə həmrəyliyini ifadə edir. Prezident İlham Əliyevin siyasətinin əsas prioritetlərindən olan tolerantlığın uğurlu nəticələrindən danışan deputat Azərbaycanda yaşayan yəhudi xalqının əsrlər boyu azərbaycanlılarla dost olaraq yaşadığını, bütün çətinliklərdə bir yerdə dəf etdiklərini vurğulayıb. Bu dostluq tarixin sınağından süzülüb gəlir”-deyə F. Muradov BMT-də Xocalı ilə bağlı İsrailin ifadə etdiyi mövqeyə görə təşəkkür edib.