YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bayram Səfərov: Xocalı soyqırımını törədənlər ədalət mühakiməsi qarşısında cavab verməlidirlər

«Xocalı soyqırımını törədənlər ədalət mühakiməsi qarşısında cavab verməlidirlər. Bu gün Xocalı soyqırımı bütün ölkəmizdə anılır, eləcə də "Xocalıya ədalət!" kampaniyası çərçivəsində bütün dünyada soyqırımının tanınması, Xocalıda azərbaycanlılara qarşı törədilən vəhşiliklərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində geniş miqyaslı işlər aparılır». Bu fikirləri «Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması» İctimai Birliyinin sədri Bayram Səfərov deyib.

B.Səfərov bildirib ki, Xocalıda xalqımıza qarşı törədilən soyqırımı unudulmamalıdır. Onun sözlərinə görə, bu faciədən zərər çəkən insanlara dövlətimiz lazımi diqqət göstərir.

«Ermənilər tərəfindən insanlarımıza qarşı olmazın əzabının verilməsi, insanların diri-diri yandırılması, dərilərinin soyuması heç zaman unudula bilməz. Bu cür cinayəti törədənlər məhkəmə qarşısında dayanmalı və cavab verməlidirlər»- deyə, B.Səfərov vurğulayıb.