YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Akif Əlizadə: Mərkəzi Kitabxana respublikada milli və dünya əhəmiyyətli elmi nəşrlərə malik olan ən iri, həmçinin regionda aparıcı elmi kitabxanadır

«AMEA-nın Mərkəzi Kitabxananın yeni binası ölkə başçısının "Azərbaycan Milli Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında" 2011-ci il 29 aprel tarixli sərəncamına əsasən kitabxana fondlarının müasir tələblər səviyyəsində qurulması məqsədi ilə inşa olunub. Mərkəzi Kitabxana respublikada milli və dünya əhəmiyyətli elmi nəşrlərə malik olan ən iri, həmçinin regionda aparıcı elmi kitabxanadır». Bu fikirləri AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib.

A.Əlizadə bildirib ki, burada kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, kitab tarixi və informasiyalaşdırma sahələrində fəaliyyət təşkil edilib. Onun sözlərinə görə, ölkədə fəaliyyət göstərən kitabxana, fond, muzey, təhsil ocaqları, elmi tədqiqat müəssisələri, media qurumları, arxivlər, şəxsi kolleksiyalar, dövlət foto arxivi, həmçinin dünya muzeyləri və sərgi salonlarının Azərbaycana aid məlumatlarının elektron kataloqu yaradılacaq.

«Onlar “Milli rəqəmsal yaddaş” bazasına daxil ediləcək»- deyə, akademik vurğulayıb.