YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda məktəblilər üçün yeni kompüterlər istehsal ediləcək

Azərbaycanda ilin sonunadək məktəblilər üçün portativ kompüterlərin (Classmate PC) istehsalı gözlənilir. /Trend/

Kompüterlərin istehsalı "İntel" şirkəti ilə birgə lokal istehsalçılar tərəfindən həyata keçiriləcək.

"İntel" korporasiyasının vitse-prezidenti Con Devis daha əvvəl bildirmişdi ki, mövcud praktika hazırda 7 ölkədə reallaşdırılır: "Həmin ölkələrdə ümumi auditoriyası uşaqlar olan kompüterlərin istehsalı üzrə zavodlar fəaliyyət göstərir. Belə istehsal müəssisələri hazırda Argentina, Portuqaliya və Afrikanın bir sıra ölkələrində var. Belə zavodun Bakıda da fəaliyyət göstərəcəyi istisna edilmir".

2014-cü ilin sonunda Azərbaycanda "Məktəb kompüteri" layihəsinə start verilib. Layihə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə reallaşdırılır. Layihənin məqsədi "rəqəmsal bərabərsizliy"in ləğv edilməsi və məktəblərdə təhsilin keyfiyyətinin artırılması üçün tədris prosesində informasiya texnologiyalarından geniş istifadəyə yardım etməkdir.

"Məktəb layihəsi" "Xalq kompüteri" layihəsinin davamıdır.