YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Türkiyə Ermənistanla sərhədləri açmayacaq

Türkiyə Azərbaycanın işğal edilmiş əraziləri azad olunmayanadək Ermənistanla sərhədlərini açmayacaq. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. /Trend/

Prezident vurğulayıb ki, beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini qınayır.

Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi barədə danışarkən Ərdoğan qeyd edib ki, əgər Rusiya və ABŞ istəsə, münaqişənin tənzimlənməsi məsələsi çox tez həll edilə bilər.