YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Volkan Aydemir: Əsrlər boyu Türkiyə ilə Azərbaycan xalqları bir-biri uğrunda canından keçməyə hazır olub

1918-ci ildə olduğu kimi, Bakının işğaldan azad edilməsinin 100-cü ildönümü münasibətilə 2018-ci ildə keçirilən təntənəli paradda da Azərbaycan və Türkiyə, eləcə də hər iki dövlətin liderləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev yan-yana idilər. Bu qürurverici görüntü Azərbaycanın 44 gün davam edən Vətən müharibəsində qazandığı Qələbə münasibətilə Bakıda keçirilən Zəfər paradında təkrarlandı. Bu mərasimlərdə çıxışları zamanı hər iki lider dünyaya qardaşlıq dərsi keçdilər. Prezidentlərin çıxışları zamanı qardaşlığa, inkişaf edən iqtisadi, hərbi və strateji birliyə edilən vurğu bu günlərin müjdəçisi idi.

Bu fikirləri Türkiyənin Kocaeli Derince Azərbaycan Evi Dərnəyinin rəhbəri Volkan Aydemir bildirib.

Əsrlər boyu haqq-ədalət, azadlıq uğrunda verdiyimiz böyük itkilərə baxmayaraq, bütün bu hadisələrin Türkiyə-Azərbaycan qardaşlığının rəmzi olduğunu qeyd edən V.Aydemir deyib: “Tarixdə baş verən bu hadisələr Azərbaycan-Türkiyə birliyinin təntənəsidir. Bakının işğaldan azad edilməsi ilə yanaşı, Türkiyənin Qurtuluş və Çanaqqala müharibələri, Nargin adasında əsir saxlanılan türk əsgərlərinin Azərbaycan xalqı tərəfindən oradan qaçırılması da bu qardaşlığın, birliyin ən gözəl nümunələridir. Əsrlər boyu bu iki dövlətin nümayəndələri bir-biri uğrunda canından keçməyə hazır olublar. Bu, Azərbaycanın Vətən müharibəsində də özünü büruzə verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkəmizin bütün rəsmi şəxsləri hər platformada daim Azərbaycanı dəstəklədiklərini bildirdilər”.

Volkan Aydemir deyib ki, hazırda hər iki dövlətin, həmçinin bütün türk dünyasının bütün fərdləri Natəvanın, Vaqifin vətəni, bir çox bənzərsiz poeziya nümunələrinə ilham olan tarixi Azərbaycan torpağı Qarabağı ziyarət etməyə can atırlar. Bu günləri bizə yaşadanlara, başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla, hər kəsə nə qədər təşəkkür etsək azdır.

DİGƏR Xəbərlər Arxiv