YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizinin yaradılması üzrə səylər fəallaşdırılacaq

Gürcüstan və Türkmənistan Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizinin yaradılması üzrə səyləri fəallaşdırmaq barədə razılığa gəliblər.
AZƏRTAC Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, bu haqda razılaşma iki ölkənin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Tbilisidə keçirilmiş Türkmənistan-Gürcüstan siyasi məsləhətləşmələrində əldə edilib.
Tərəflər danışıqların gedişində Türkmənistan Prezidentinin cari ildə Gürcüstana rəsmi səfərinin təşkili ilə bağlı məsələləri müzakirə ediblər. Siyasi, ticari-iqtisadi, energetika və mədəni-humanitar sahələrdə, o cümlədən səhiyyə, elm və təhsil, idman və turizm sahələrində əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirilib.
Məsləhətləşmələr zamanı tərəflər energetika və nəqliyyat sahələrində, o cümlədən Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizinin yaradılması üzrə işlərin davam etdirilməsi ilə bağlı birgə səyləri fəallaşdırmağın zəruri olduğunu vurğulayıblar.