YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Biz dünya içtimaiyyətini Ermənistanın beynəlxalq hüquq normalara riayətinə məcbur etməyə çağırırıq

Yeni Azərbaycan Partiyasının  Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva Malaziyada Kuala Lumpur şəhərində səfərdədir. S.Fətəliyeva Asiya Siyası Partiyalarının Beynalxalq Konfransının (ICAPP) toplantısında iştirak edir.

YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri toplantıda çıxış edib. S. Fətəliyeva bildirib ki, muasir dünyanın qarşısında bır sıra çağırışlar durur. Onun sözlərinə görə, terror və ekstremizmlə, dini dözümsüzlüklə mübarizə, bütün dünyada insanların sülh və əminamanlıq şəraitində yaşamasın təmin edilməsi günümüzün aktual mövzularıdır.

«Çox təssüflər olsun ki, terrorizmin nə olduğunu bizlər çox yaxşı bilirik. Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunub. İşğal bu gün də davam edir. Bu işğal aktı çoxlu sayda insanın vəhşicəsinə qətlə yetirilməsi , 1 milyondan artıq insanın dogma yurdlarından didərgin düşməsinə, qaçqına çevrilməsinə səbəb olub. Bununla kifayətlənməyən terroristlər tarixi abidələrimizi, mədəni irsimizi, bütünlüklə yaşayış məskənləri məhv ediblər, ekologiyaya ziyan vurublar. Biz daimi olaraq dünya içtimaiyyətini Ermənistanın beynəlxalq hüquq normalara riayətinə məcbur etməsinə çağırır, girov götürdükləri həmvətənlərimizin azad olunmasını tələb edirik. Əgər bu gün bizlər dünyada sülhün və stabilliyin bərqərar olunmasını istəyiriksə, ən əsas və ali amilə, beynəlxalq hüquq normalarına riayət etməli, insanlığa hörmətlə yanaşmalıyıq»- deyə, S.Fətəliyeva vurğulayıb.