YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Veteranlar Şurasının təşkilatçılığı ilə “Tarixi zəfər salnaməsi” mövzusunda videoformatda konfrans keçirilib

Sentyabrın 23-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının təşkilatçılığı ilə “Tarixi zəfər salnaməsi” mövzusunda  videoformatda konfrans keçirilib.

Öncə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, torpalarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra YAP Veteranlar Şurasının üzvlərinin, partiyanın Kəlbəcər, Qubadlı, Zəngilan, Ağdam, Şuşa, Ağcabədi, Tərtər, Goranboy, Bərdə, Laçın, Cəbrayıl, Xocalı, Füzuli, Xocavənd rayon təşkilatlarının fəal üzvlərinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan YAP İdarə Heyətinin üzvü, partiyanın Veteranlar Şurasının sədri Arif Rəhimzadə bildirib ki, 44 günün tarixə yazdığı qürurverici, şanlı səhifə harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıya böyük sevinc bəxş etdi. Bu  xoşbəxtliyi bizlərə yaşadan dövlətimizin başçısı, Ali Baş Komandana, rəşadətli Azərbaycan Ordusuna, bütün əsgər və zabit heyətinə minnətdarlığımızı ifadə edirik. 44 gün davam edən Vətən müharibəsi bir daha Prezident-xalq-ordu birliyini nümayiş etdirdi. Xalqımız tam əmin idi ki, dövlətimizin qətiyyətli mövqeyi, Ordumuzun gücü, qüdrəti sayəsində uğurla həyata keçirilən əks-hücum əməliyyatları otuz ildən artıq davam edən işğala son qoyacaq! Bu gün Zəfərimizin yaratdığı yeni reallıqlardan bəhs edir, işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən bərpa və quruculuq işlərindən danışırıq. Zəfərin mübarək, Azərbaycan!

Vətən müaribəsinin iştirakçısı, polkovnik-leytenant Adil Nastakalov dövlətimizin ordu quruculuğu istiqamətində atdığı addımlardan geniş bəhs edib. Bildirib ki,  Azərbaycan bu tarixi Zəfəri ilə dünyanın hərb tarixinə yeni səhifə yazıb. Bu gün ölkəmizin müharibə təcrübəsi, Vətən müharibəsində tətbiq etdiyi strategiya beynəlxalq ekspertlər tərəfindən öyrənilir.

YAP Veteranlar Şurasının üzvü Adilə Abasova Zəfərimizin tariximizin ən parlaq səhifəsi olduğunu önə çəkərək bu uğura qədər keçilən yola nəzər salıb. Bildirib ki,  ulu öndər Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin diplomatik mübarizədə, döyüş meydanında göstərdiyi qətiyyət, ordumuzun gücünün, qüdrətinin artması yönümündə atdığı addımlar öz müsbət nəticəsini verdi.

Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bildirib ki, 44 gündə 30 il işğal altında olan torpaqlarımızı azad etmək heç də asan deyildi. Azərbaycan Ordusu buna hazır idi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti bu Qələbəmizi təmin etdi.

Aprel döyüşlərinin şəhidi polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə qeyd edib ki, Aprel döyüşləri Zəfərimizin başlanğıcıdır. Aprel döyüşləri həm gənclərimizin şüurunda yeniliklər etdi, həm  torpaqlarımıza qayıtmaq ideyasını bir daha gücləndirdi, sabaha ümidləri daha da artırdı. Müzəffər Ali Baş Komandanın qətiyyəti, Azərbaycan ordusunun rəşadəti sayəsində torpaqlarımız tarixi sahibinə qovuşdu.

Tədbir diskusiya şəklində davam etdirilib. Partiya fəalları Ülvi Qasımlı və Həsən Şirinovun Zəfərimizə gedən yolu özündə əks etdirən sualları cavablandırılıb.

DİGƏR Partiya xəbərləri Arxiv