YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının nümayəndələri 27 Sentyabr-Anım Günü ilə əlaqədar Şəhidlər xiyabanlarını və Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Bu gün Yeni Azərbaycan Partiyasının nümayəndələri 27 Sentyabr-Anım Günü ilə əlaqədar II Şəhidlər xiyabanını ziyarət edib, Vətən müharibəsində canlarını qurban vermiş qəhrəman şəhidlərimizin xatirəsini ehtiramla yad edib, məzarlarının önünə gül dəstələri düzüblər.

Sonra YAP nümayəndələri Fəxri xiyabanın önündə qurulan monitorda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 Sentyabr – Anım Günü ilə bağlı Azərbaycan xalqına müraciətini izləyiblər. Dövlətimizin başçısının müraciəti alqışlarla qarşılanıb.

Daha sonra partiyanın nümayəndələri Fəxri xiyabanda müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil və gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini böyük ehtiramla yad ediblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

YAP nümayəndələri tərəfindən Şəhidlər xiyabanıda ziyarət olunub, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub, gül dəstələri düzülüb.

 

DİGƏR Partiya xəbərləri Arxiv