YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qubada ağacəkmə aksiyası keçirilib

27 Sentyabr Anım Günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Yusif Abidov, partiya fəalları YAP Quba rayon təşkilatının inzibati binasının ətrafında ağacəkmə aksiyasını həyata keçiriblər.

Bu aksiya ərazi ilk partiya təşkilatları tərəfindən yerlərdə də həyata keçirilməkdədir. Aksiyanın keçirilməsində məqsəd şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi, ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək məqsədi daşıyır. Şəhidlərimizin, qazilərimizin keçdikləri şərəfli ömür yolu gələcək nəsillərə örnəkdir. Torpaqlarımızın azadlığı, Vətənimizin düşmən tapdağından azad olunması uğrunda canından keçən Azərbaycanın mərd oğulları - şəhidlərimiz, qazilərimiz bizim qürur mənbəyimizdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Onlar daim bizim qəlbimizdə yaşayacaqdır.