YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gənclər Birliyi Gəncədə erməni terroru nəticəsində həlak olan şəhər sakinlərinin xatirəsini anıb

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin (GB) təşkilatçılığı ilə partiyanın ətraf bölgələri təmsil edən fəal gəncləri Gəncədə Ermənistanın günahsız mülki insanlara qarşı raket hücumları ilə törətdiyi cinayət yerini ziyarət edib, həlak olan şəhər sakinlərinin xatirəsini anıblar.

Tədbirdə YAP GB sədri Bəxtiyar İslamov, Milli Məclisin deputatları Naqif Həmzəyev, Müşfiq Cəfərov, Pərvin Kərimzadə, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri və YAP Gənclər Birliyinin üzvləri iştirak ediblər.

Partiya üzvləri ötən ilin oktyabrında Gəncədə erməni terroru nəticəsində çoxlu sayda mülki şəxsin öldüyü, yaralandığı və böyük dağıntıların yarandığı əraziyə gəliblər. Məlumat verilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri 44 günlük Vətən müharibəsində beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.

Düşmənin Azərbaycanın ikinci böyük şəhəri, yarım milyon əhalisi olan və münaqişə zonasından 100 kilometrdən artıq məsafədə yerləşən Gəncə şəhərinə raket hücumları nəticəsində aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 142 nəfər isə yaralanıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

YAP GB-nin sədri Bəxtiyar İslamov bildirib ki, 11 rayonu təmsil edən gənclərlə birlikdə bu əraziləri ziyarət edib, şəhidlərin xatirəsini anmağı özlərinə borc bildiklərini deyib. Bildirib ki, ermənilər tərəfindən törədilən bu vandalizm aktı heç vaxt unudulmayacaq.

Gənclər Birliyinin üzvləri erməni terroru nəticəsində yerləbir olmuş yaşayış binasının ətrafına həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq gül dəstələri düzüblər.

 

DİGƏR Partiya xəbərləri Arxiv