YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qaradağ rayonunda şəhidlər anılıb

Qaradağ Rayon  İcra Hakimiyyətinin  başçısı Süleyman Mikayılov, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev və Milli Məclisin üzvü Səbinə Xasayeva  44 günlük Vətən müharibəsinin ilk günlərində  Suqovuşan uğrunda gedən döyüşlərdə Şəhid olmuş Məmmədquliyev Ağabəy Zaur oğlunun məzarını ziyarət edib, üzərinə çələng və gül dəstələri qoyub, Şəhidin ailəsinə  baş çəkib və onun il mərasimində iştirak edib.

Həmin gün rayonun rəhbərliyi Lökbatan qəsəbəsində Şəhid Əliyev Rövşən İbrahim oğlunun şəhadətinin  ildönümü ilə əlaqədar təşkil olunmuş mərasimə qatılıb, Şəhidin  ailəsinə baş çəkib və onun xatirəsini  dərin ehtiramla yad ediblər.